Fransız dilində hərflər və səslər
25 mart 2026
Bir dili öyrənməyin təməli üç əsas sütun üzərində qurulur: düzgün oxumaq, yazmaq və anlamaq. Çünki dilin bünövrəsi məhz bu bacarıqların vəhdətindən ibarətdir. Xüsusilə fransız dilində düzgün tələffüz bacarığına yiyələnmədən nə fikrini səlis ifadə etmək, nə də qarşı tərəfi tam anlamaq mümkündür.
Fransız dilində cəmi 26 hərf olsa da, bu hərflər birləşərək 36 fərqli səs yaradır. Əlifba 20 samit (les consonnes) və 6 saitdən (les voyelles) ibarətdir:
Saitlər: A, E, I, O, U, Y.
Samitlər: B, C, D, F, G, H, J, K, L, M, N, P, Q, R, S, T, V, W, X, Z.
Fransız dilində hərflərin deyilişi çox vaxt yazılışından fərqlənir. Məsələn, əlifbadakı "U" hərfi [ü], "E" hərfi isə [ö] kimi səslənir. Azərbaycan dilindən fərqli olaraq, fransızcada bir hərf kontekstdən asılı olaraq bir neçə cür oxuna bilər.
Məsələn, "G" hərfi:
[j] kimi: girafe (jiraf)
[q] kimi: grand (qran)
Fransız dilinin ən maraqlı və başlanğıcda çətin görünən cəhəti söz sonunda gələn bir çox hərfin tələffüz olunmamasıdır. Müəyyən qaydaları bildikdə bu çətinlik aradan qalxır. Adətən söz sonunda gəldikdə oxunmayan əsas hərflər bunlardır: -e, -s, -t, -d, -x, -z, -p, -g.
Nümunələrə diqqət yetirək:
-d oxunmur: Grand (böyük) — [grã]
-t oxunmur: Petit (balaca) — [pə-ti]
-s oxunmur: Chat (pişik) — [şa]
-x oxunmur: Prix (qiymət) — [pri]
-z oxunmur: Nez (burun) — [ne]
-p oxunmur: Trop (çox) — [tro]
-g oxunmur: Sang (qan) — [sã]
-e (vurğusuzdursa) oxunmur: Table (masa) — [tabl]
← Bütün yazılar